Menu

Yaponiya kazinonu leqallaşdırdı

15.12.2016, 15:06
Yaponiya kazinonu leqallaşdırdı

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya hökuməti ölkə ərazisində kazinonu leqallaşdırıb. Gözlənildiyi kimi bu, ölkəyə milyardlarla dollar investisiyanın yatırılmasına səbəb olacaq.

Bununla belə, Yaponiyada ilk kazino çətin ki, 2020-ci ilə qədər fəaliyyətə başlasın. Məlumdur ki, 2020-ci ildə gündoğar ölkədə Yay Olimpiya Oyunları keçiriləcək.

«Kiodo nyüs» xəbər verir ki, hələlik parlament bu bazarın lisenziyalaşdırılması və tənzimlənməsi sistemini işləyib hazırlamalıdır. Kazinonun leqallaşdırılmasının tərəfdarları hesab edirlər ki, bu sahə üzrə Yaponiya, Asiyada oyun industriyasının mərkəzi sayılan Makao ilə rəqabət apara bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol