Menu

Fransada fövqəladə vəziyyət iyulun 15-dək uzadılıb

16.12.2016, 00:31

fransa polisiSenat bu barədə qərarı təsdiq edib

Fransa Senatı ölkədə fövqəladə vəziyyət rejiminin 15 iyul 2017-ci il tarixinədək uzadılması barədə qərarı təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Beləliklə, bu qərarı ölkə parlamenti tərəfindən qəbul edilmiş hesab etmək olar. Çünki bundan əvvəl Milli Assambleyanın deputatları fövqəladə vəziyyətin uzadılmasının lehinə səs veriblər.

Bu qərar güc strukturlarına ölkə vətəndaşlarının təhlükəsizliyini gücləndirilmiş iş rejimində təmin etmək imkanı verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol