«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kuba Çexiyaya olan 280 milyon dollara yaxın borcunu «Kuba romu» ilə ödəməyi təklif edib.
Söhbət «soyuq müharibə» illərindəq qalma borcdan gedir. Çexiyanın maliyyə naziri Mixail Zurovetsin sözlərinə görə, Kuba hakimiyyətinin təklifinə baxılacaq. Praqa bu təşəbbüsü bəyənəcəyi təqdirdə, ölkə təxminən 100 il ərzində pulsuz Kuba romu almaq imkanı əldə edəcək.
Zurovets öz növbəsində, onu da qeyd edib ki, Çexiya borcun heç olmasa bir hissəsini nağd formada almağa üstünlük verir.


Şərhlər