İtaliyada ilin ən yaxşı məşqçisi bəlli olub.
Qol.az-ın xəbərinə görə, İtaliyanın nüfuzlu “La Gazetta della Sport” qəzetinin təsis etdiyi mükafata “Lester”in baş məşqçisi Klaudio Ranyeri layiq görülüb.
Qeyd edək ki, 65 yaşlı mütəxəssis ötən mövsüm “Lester”i tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi etmişdi. O, əvvəllər "Napoli", "Fiorentina", "Yuventus", "Roma", "Atletiko" (Madrid), "Çelsi" və "Monako" kimi klubları çalışdırıb.


Şərhlər