Menu

Xəzərdə qəza baş verən ərazidə tapılan budka sudan çıxarılıb

16.12.2016, 21:14

xezer-deniziHəmin budkanın 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkası olmadığı müəyyən edilib

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı həmin ərazidə suyun dibində aşkar edilmiş budka gəminin göyərtəsinə qaldırılıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, budkanın 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkası olmadığı müəyyən edilib.

Məlum olub ki, tapılıb sudan çıxarılan və gəmiyə qaldırılan budka soyunub-geyinmə budkasıdır.

Axtarış işləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol