Menu

Rusiyadan Türkiyəyə şad xəbər - Təsdiq edildi

16.12.2016, 22:37
Rusiyadan Türkiyəyə şad xəbər - Təsdiq edildi

Rusiya hökuməti “Türk axını” qaz boru kəməri üzrə müqavilənin təsdiq olunması barədə qanun layihəsini qəbul edib.

Axar.az xəbər verir ki, layihənin qəbul olunması üçün sənəd Dövlət Dumasına göndəriləcək.

Xatırladaq ki, dekabrın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təbii qazını Qara dənizi keçməklə Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəməri layihəsi üzrə iki ölkə arasında imzalanan hökumətlərarası sazişi ratifikasiya edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol