Menu

Türkiyədəki xain terrorun nəticəsi — 14 ölü, 56 yaralı - VİDEO (Yenilənib)

17.12.2016, 18:00
Türkiyədəki xain terrorun nəticəsi — 14 ölü, 56 yaralı - VİDEO (Yenilənib)

Türkiyənin Kayseri şəhərində baş verən terror aktı nəticəsində şəhid olanların sayı 14 nəfərə çatıb.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Onun sözlərinə görə, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 56 nəfər yaralanıb: "Yaralananlardan 12-si hazırda reanimasiyadadır. Onlardan 4 nəfərinin vəziyyəti ağırdır".

********

Türkiyə Silahlı Qüvvələri Kayseridə törədilən partlayışla bağlı açıqlama yayıb.APA-nın xəbərinə görə, hadisə nəticəsində 13 hərbçi ölüb, 48-i yaralanıb. Mülki şəxslər arasında da yaralıların olduğu bildirilir.

* * *

Kayseridə hərbçilərin olduğu avtobusa edilən terror aktı zamanı 9 nəfər şəhid olub, 20 yaralı var.

Ölkə.Az xəbər verir ki, bu barədə AKP-nin Kayseri millət vəkili İsmayıl Tamer açıklama verib. Avtobusda olan əsgərin verdiyi məlumata görə, həmin avtomobil onlara əvvəldən izləyib.

Hazırda əraziyə bir sıra nazirlərin gəldiyi xəbər verilir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Baş Qərargah rəisi Hülusi Akardan terror aktı ilə bağlı məlumat alıb.

_____

Kayseridə içində hərbçilərin olduğu avtobusun partladılması terror aktıdır. Ölkə.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, faktı rəsmilər təstiqləyiblər. Hərbi hissədən əsgərləri aparan avtobus qırmızı işıqda dayanarkən partlayıcı yüklü maşın ona çırpılıb.

Avtomobildə terrorçunun cəsədi aşkarlanıb. İlkin məlumatlara görə, 15 nəfər yaralanıb. Amma ölən və yaralananlar barədə hələ dəqiq məlumat verilmir. Türkiyə Radio və Televiziya Qurumu hadisə yerindən canlı yayıma qadağa tətbiq edib.

Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib. Terrorun xain PKK tərəfindən törədildiyi ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol