AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatlarına (ABŞ) yönəlik «maliyyə strategiyası»na yenidən baxmaq niyyətindədir.
«The Wall Street Journal» qəzetinin yazdığına görə, belə qərarın verilməsinə iki məqam səbəb olub: ABŞ Konqresi tərəfindən, Səudiyyə Ərəbistanına qarşı iddia qaldırmaq üçün 11 sentyabr (2001) teraktının qurbanlarının ailələrinə hüquq verən qanun layihəsinin qəbulu və bu qanun layihəsini dəstəkləyən Donald Trampın prezident seçilməsi.
Səudiyyə Ərəbistanı Suveren Fondu hal-hazırda Amerika iqtisadiyyatına investisiyaları artıq dayandırıb və bu vəziyyət Ağ Evin hansı addımı atacağı bəlli olana qədər davam edəcək.


Şərhlər