Menu

Suriyada daha bir rus zabit öldürüldü

17.12.2016, 23:48
Suriyada daha bir rus zabit öldürüldü

Rus ordusunun daha bir zabiti Suriyada öldürülüb.

Bu, batalyon komandiri, mayor Sanal Sançirov Vladimiroviçdir.

REN TV-nin xəbərinə görə, Sançirovun hansı şəraitdə həyatını itirdiyi barədə məlumat verilmir.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyi daha bir rus hərbçinin – briqada komandiri, polkovnik Ruslan Qalitskinin Hələbdə öldürüldüyü barədə məlumat yaymışdı.

Rəsmi xəbərlərdə rus zabitin orada məsləhətçi statusunda olduğu bildirilirdi.(azadliq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol