Menu

“Bakıda “Hyundai” ikinci mərtəbədən aşdı - FOTO

18.12.2016, 20:39
“Bakıda “Hyundai” ikinci mərtəbədən aşdı - FOTO

Bu gün Bakının Xətai rayonu ərazisində maraqlı yol qəzası baş verib.

“AzPolitika” Lent.az-a istinadən xəbər verir ki “Yeni Həyat" kompleksinin avtomobil dayanacağının ikinci mərtəbəsindəki “Hyundai Sonata” markalı minik avtomobili küçəyə aşıb.

Xoşbəxtlikdən xəsarət alan olmayıb, nəqliyyat vasitəsinin ön hissəsi yararsız vəziyyətə düşüb.

Yol polisi hadisəni protokollaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol