Menu

Qroznıda xüsusi əməliyyat - 7 silahlı məhv edilib, 4 nəfər saxlanılıb

18.12.2016, 23:46
Qroznıda xüsusi əməliyyat - 7 silahlı məhv edilib, 4 nəfər saxlanılıb

Çeçenistanın paytaxtı Qroznıda silahlı qruplaşmaların zərərsizləşdirilməsi məqsədilə xüsusi əməliyyat keçirilib.

"Report" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri lideri Ramzan Kadırov məlumat verib.

Onun sözlərinə görə, əməliyyat zamanı 7 silahlı məhv edilib. Daha 4 nəfər isə saxlanılıb. Onlardan 3-ü əməliyyat zamanı odlu silahdan açılan atəş zamanı yaralandığından xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol