AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreya Prezidentinin rəfiqəsi Tsoy Sun Silin məhkəmə prosesi başlayıb.
Məlumdur ki, Tsoy Sun Silin korrupsiya qalmaqalı dövlət başçısının impiçmenti ilə nəticələnib. Onu, prezidentlə yaxın münasibətlərdə olmağından sui istifadə edərək, varlanmaq məqsədilə dövlət işlərinə qarışmaqda ittiham edirlər.
Məhkəmənin ilk iclası Cənubi Koreya televiziyasının birbaşa efirindən translyasiya olunur.


Şərhlər