AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, məşhur Hollivud aktyoru Silvestr Stallone yeni seçilmiş ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən ona təklif olunmuş Milli incəsənət fondunun başçısı postundan imtina edib.
Stallone bu təklifdən xeyli məmnun olduğunu bildirsə də hesab edir ki, veteranlara köməklə əlaqəli işlərə diqqət yönəltsə, daha çox fayda verə bilər.
Aktyorun mətbuat katibinə istinadla, «The Variety» xəbər verir ki, Stallone hərbi əməliyyatlarda iştirak etmiş veteranlara köməklik göstərməklə məşğul olan təşkilatın fəaliyyətində daha fəal çalışmaq niyyətindədir. Məhz bu kateqoriya insanlar hərbi xidməti başa vurduqdan sonra daha tez-tez iş və yaşayış sahəsi tapmaqda çətinlik çəkirlər.
Bundan əvvəl xəbər verilmişdi ki, Tramp Milli incəsənətə dəstək Fondunun başçısı vəzifəsini Silvestr Stalloneyə təklif edib. Məhz bu agentlik təhsil və incəsənətlə əlaqəli müxtəlif təşkilatlara dövlət qrantlarının bölüşdürülməsi işində məsul sayılır.
Fond 1965-ci ildə təsis olunub və elə həmin vaxtdan üzübəri dəfələrlə ləğv olunmaq cəhdləri ilə üzləşib. Bu sıradan, 1990-cı ildə belə təkliflə respublikaçılar israr ediblər. Ancaq Agentlik davam gətirib və hal-hazırda onun illik büdcəsi 148 milyon dollar həcmində qiymətləndirilir.


Şərhlər