Menu

Bu gün Janet Yellenin çıxışı olacaq

19.12.2016, 17:15
Bu gün Janet Yellenin çıxışı olacaq

Dünya birjalarında Avro/dollar və Funt/dollar cütlüklərinin qiymətlərində sürətli eniş fonunda qismən korreksiyanın şahidi oluruq. Eyni zamanda, bu gün Janet Yellenin çıxışından əlavə, cümə axşamı və cümə günü önəmli fundamental göstəricilərin dərc ediləcəyi gözlənilir.

EUR/USD məzənnəsi keçən həftə 1.0367$-a kimi ucuzlaşdıqdan sonra 1.0473$-dək bahalaşıb. Lakin məzənnə yenidən ucuzlaşaraq keçən həftənin minimum səviyyəsi altında qalarsa, 1.0106$-a kimi də ucuzlaşa bilər.

GBP/USD məzənnəsi isə 1.2375$-a kimi ucuzlaşdıqdan sonra 1.2509$-dək korreksiya edib. Qiymət yenidən ucuzlaşaraq 1.2375$-ın altında qalarsa, eniş trendini 1.2292$-a kimi də davam etdirə bilər.

Bu həftənin cümə axşamı və cümə günləri Amerikanın və Böyük Britaniyanın 3-cü rüb üzrə iqtisadi inkişaf səviyyələrinin yekun hesablanmaları dərc ediləcək. Bu gün Bakı vaxtı ilə saat 22:30-da isə Amerika Mərkəzi Bankının sədri Janet Yellenin çıxışı gözlənilir. /InvestAZ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol