Menu

«Məqsəd Rusiya-Türkiyə münasibətlərinə ziyan vurmaqdır» - Lavrov

20.12.2016, 14:11

lavrovAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ölkəsinin Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini «alçaq terror aktı» adlandırıb.

Bu bəyanatla Lavrov, bu gün - dekabrın 20-də - Moskvada Türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə danışıqların gedişi zamanı çıxış edib.

Onun sözlərinə görə, cinayət Moskva və Ankara arasındakı münasibətlərə ziyan vurmaq məqsədilə törədilib: «Baş vermiş hadisə beynəlxalq terrorçuluğa qarşı daha qətiyyətlə mübarizə aparmağa məcbur edir».

Rusiya xarici siyasət idarəsinin başçısı eyni zmanda, «bu barbar cinayətə yönəlik ani reaksiyasına və başsağlığına görə», Türkiyəyə minnətdarlığını bildirib («TASS»).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol