Termometrənin mənfi 32 dərəcəni göstərdiyi Bayburtda bir tülkü ayaq üstə donub.
"AzPolitika" xəbər verir ki, bu maraqlı hadisə Türkiyədə baş verib.
Belə ki, Bayburtun Camdərə kəndində kənd sakinləri səhərin erkən saatlarında bir tülküyə rast gəliblər. Hərəkətsiz dayanan tülkünün yanına çatanda gerçək ortaya çıxıb. Tülkünün ayaq üstə donduğunu anlayan Camdərə kəndliləri təəccüblərini gizləyə bilməyiblər.


Şərhlər