Bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ermənistana səfər edib.
"AzPolitika"nın məlumatına görə, İran prezidentini hava limanında prezident Sarkisyan və baş nazir Karapetyan qarşılayıb.
Sarkisyanın iqamətgahında keçiriləcək yüksək səviyyəli görüşdən sonra müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair sənədlər imzalanacaq.
Daha sonra Sarkisyan və Ruhani görüşlərin nəticələrinə dair mətbuat konfransı keçirəcək.
Prezidentlər həmçinin Ermənistan-İran biznes forumuna qatılacaqlar.



Şərhlər