Menu

Mark Zuckerberg və xanımı Priscilla Chan 3 milyard dollar ianə edib

21.12.2016, 12:03
Mark Zuckerberg və xanımı Priscilla Chan 3 milyard dollar ianə edib

Microsoft şirkətinin keçmiş prezidenti Bill Geyts və Berkshire Hathaway holdinqinin başçısı Varren Baffet iri məbləğdə xeyriyyəçiliklə bağlı bir layihəyə imza atıblar. Onların təşəbbüsünün məqsədi – dünyanın zəngin insanlarını öz var-dövlətinin böyük hissəsini xeyriyyəçiliyə ianə etməyə sövq etmək idi.

Bu çağırışa müsbət cavab verənlər sırasında Facebook-un yaradıcısı Mark Zuckerberg və onun xanımı Priscilla Chan da var. Gates və Baffet kimi, onlar da öz var-dövlətini digəriləri ilə bölüşərək Amerika ənənəsinə riayət edirlər. Zuckerberg və Chan bir çox xəstəliklərə 21-ci əsrin sonuna kimi müalicə tapmaq üçün 3 milyard dollar ianə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol