Menu

Bakıda mağazada satıcının gözü önündə 10 min manatlıq qızıl oğurlanıb

21.12.2016, 18:03
Bakıda mağazada satıcının gözü önündə 10 min manatlıq qızıl oğurlanıb

Bakıda qızıl dükanından 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 1986-cı il təvəllüdlü Anar Yusifov və Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Cavadbaba Sultanova məxsus mağazadan satıcının fikrini yayındırmaq yolu ilə 10 000 manat dəyərində olan qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol