Menu

Suriyada 14 türk əsgəri həlak olub - 138 terrorçu məhv edilib

21.12.2016, 23:24
Suriyada 14 türk əsgəri həlak olub - 138 terrorçu məhv edilib

Bu gün Suriyanın Əl-Bab bölgəsində gedən döyüşlər zamanı 14 türk əsgəri həlak olub.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türk Silahlı Qüvvələrinin məlumatında bildirilir.

Bundan əlavə 33 əsgərin yaralandığı, onlardan 6-nın vəziyyətinin ağır olduğu qeyd edilir.

Əl-Bab bölgəsində gün ərzində aparılan döyüşlərdə 138 terrorçu məhv edilib.

Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol