Menu

Rusiyanın tanınmış aktyoru vəfat edib

21.12.2016, 23:45
Rusiyanın tanınmış aktyoru vəfat edib

Rusiyanın tanınmış aktyoru Vyaçeslav Şaleviç vəfat edib.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Vaxtanqov teatrının direktoru Kirill Krok xəbər verib.

82 yaşlı xalq artistinin halı dekabrın 1-də səhnədə olarkən pisləşib. Dekabrın 3-dən xəstəxanaya yerləşdirilən V.Şaleviç bu axşam dünyasını dəyişib.

1958-ci ildən etibarən bir çox filmlərə çəkilən V.Şaleviç kinoda uğurlu rollar yaradıb. 1998-2011-ci illərdə R.Simonov adına Moskva dramatik teatrının rəhbəri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol