Menu

Bakıda üç piyadanı maşın vuraraq öldürüb

22.12.2016, 10:06
Bakıda üç piyadanı maşın vuraraq öldürüb

Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisələr ötən gün paytaxtın Nərimanov, Suraxanı və Sabunçu rayonlarında qeydə alınıb. Hər rayonda bir hadisə olmaqla üç piyadanı maşın vuraraq öldürüb.

Hər üç faktla bağlı müvafiq olaraq rayon Polis İdarələrində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol