“Mən İran investisiyalarını şəxsi nəzarətimdə saxlayacam”, - Ermənistanın prezidenti Serj Sarkisyan dekabrın 21-də iranlı həmkarı Həsən Ruhani ilə birlikdə keçirdiyi Ermənistan-İran biznes forumunda bildirib.
Onun sözlərinə görə, iranlı həmkarından Ermənistana İrandan investisiya axınının genişləndirilməsini xahiş edib.
“Biz bu investisiyaları gözləyirik və iqtisadi potensialı çox inkişaf etmiş siyasi münasibətlər səviyyəsinə qaldırmaq istəyirik. Biz ticarətdə bu potensialın çox kiçik hissəsindən istifadə edirik. Energetik sahəsində də əməkdaşlıq üçün yaxşı təcrübə var. Lakin bunu başqa sahələrdə də yaymaq lazımdır”, - Sarkisyan vurğulayıb.
Ermənistan İrandan Qara dənizə və oradan Avropaya yüklərin tranziti üçün yaxşı imkanlar təklif edir. “Şimal-Cənub” marşrutu bundan ötrü ən qısa yoldur. Əgər iki ölkə arasında malların daşınması ilə bağlı əngəllər aradan qaldırılarsa, Araz çayı sahilində azad iqtisadi zonalar arasında əməkdaşlıq qurularsa ticarət və investisiyalar daha faydalı olacaq. /"Turan"


Şərhlər