Menu

"Lider" televiziyasının "Çıxış yolu" verilişinin yayımı bərpa olundu

22.12.2016, 16:10
"Lider" televiziyasının "Çıxış yolu" verilişinin yayımı bərpa olundu

"Lider" televiziyasının "Çıxış yolu" verilişinin yayımı bərpa olunub.

Bu barədə "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

Onun sözlərinə görə, verilişin adı olduğu kimi saxlanılıb, formatında isə dəyişiklik edilib: "MTRŞ-nın verdiyi tövsiyələrin nəzərə alınması əsasdır".

Qeyd edək ki, "Çıxış yolu" verilişinin yayımı bir müddət əvvəl efirdə qeyri-etik ifadələr səsləndirildiyinə görə dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol