«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukrayna silahlı qüvvələri Baş qərargahı rəisinin müşaviri Natan Xazin bəyan edib ki, Ukraynanın ABŞ-dan aldığı pilotsuz müşahidə uçaqları effektsiz çıxıb. Onların alınması və istifadəsi barədəki qərar isə səhvdir.
«Röyter» agentliyinin məlumatına görə, 2016-cı ilin yayında ABŞ-dan alınmış mini-pilotsuz «Raven RQ-11V» uçaqları Kiyevi məyus edib.
«Lap əvvəldən bu pilotsuz uçaqların istifadəsi barədə qərar düzgün olmayıb» - deyə, Natan Xazin qeyd edib.
Ukrayna hərbçiləri ABŞ-dan 72 ədəd mini-pilotsuz uçaq alıb. Xazin deyib ki, əgər bu məsələ onun özündən asılı olsaydı, aparatları geri qaytarardı.
Ukrayna hərbi-hava qüvvələri (HHQ) komandanlığında isə etiraf ediblər ki, aparatların fundamental çatışmazlıqları var: Düşmən onları asanlıqla aşkarlaya və «kar» edə bilər.
Bu komplekslər analoq simstemlidir. Odur ki, onun kanalları və göstəriciləri müasir radioelektron vasitələrlə aşkarlanmaqdan və «kar» edilməkdən qorunmur.
Ukrayna Baş qərargahı bildirir ki, aparatlar 27 iyul 2016-cı il tarixində alınıb. Bu sövdə «Avropada inamın bərpası təşəbbüsü» proqramı çərçivəsində həyata keçirilib. Alınmış partiya aparatlar 12 milyon dollar dəyərindədir.


Şərhlər