Menu

Emin Mahmudov Portuqaliya çempionatında qol hesabını açıb

22.12.2016, 22:12
Emin Mahmudov Portuqaliya çempionatında qol hesabını açıb

Azərbaycan futbolçusu 11-ci dəqiqədə komandasını irəli çıxarıb

Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov Portuqaliya çempionatında qol hesabını açıb.

"Report" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Boavişta"nın heyətində "Nasional"la qarşı keçirilən səfər matçının 11-ci dəqiqəsində hesabı açıb.

Bu, E.Mahmudovun ilk dəfə start heyətində meydana çıxdığı matçda reallaşıb. Emin, həmçinin matçın 39-cu dəqiqəsində sarı vərəqə alıb. Millimizin qapıçısı Kamran Ağayev də start heyətində oyuna çıxıb. "Boavişta" ilk hissədən sonra hesabda 2:0 irəlidədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol