Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsində 8 heyət üzvü və 84 sərnişin olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bundan öncə təyyarədə 91 nəfər deyil, 92 nəfərin olduğu barədə “Rossiya 24” telekanalı məlumat yayıb.
***
Rusiya MN radardan itən təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçilərinin və jurnalistlər olduğunu təsdiqləyib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi “Tu-154” təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub.
Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan qısa müddət sonra radardan itib. Təyyarədə 83 sərnişin və 8 heyət üzvü olub.


Şərhlər