Menu

Qəzaya düşən təyyarənin sərnişinlərindən 5-nin cəsədi tapılıb - Yeniləndi

25.12.2016, 13:34
Qəzaya düşən təyyarənin sərnişinlərindən 5-nin cəsədi tapılıb - Yeniləndi

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsinin sərnişinlərindən dördünün də cəsədi tapılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tapılan cəsədlər xilasedici gəmiyə çıxarılıb. Bununla da cəsədi tapılan sərnişinlərin sayı beşə çatıb.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 7 dəqiqə sonra radardan itib. Təyyarədə 84 sərnişin və 8 heyət üzvü olub.

***

Cəsəd xilasetmə gəmisinin göyərtəsinə qaldırılıb

Rusiyanın Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin qəzaya uğradığı yerdə sərnişinlərdən birinin meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə hərbi idarənin rəsmi nümayəndəsi mayor İqor Konaşenkov məlumat verib.

"Soçinin sahil xəttinin 6 km-də Rusiyanın Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinin meyiti tapılıb. Cəsəd xilasetmə gəmisinin göyərtəsinə qaldırılıb", - deyə Konaşenkov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol