Rusiya Federasiyasının (RF) müdafiə naziri Sergey Şoyqu üzvləri təyyarə qəzasında həlak olmuş Aleksandrov adına mahnı və rəqs ansamblına 70 xidməti mənzilin ayrılması barədə tapşırıq verib.
«Ansambl bərpa olunmalıdır» - deyə, nazir bəyan edib.
Müdafiə Nazirliyinin siyahısına görə, ansamblın 64 üzvü, o cümlədən, kollektivin rəhbəri Valeri Xəlilov qəzaya uğramış Tu-154 təyyarəsinin göyərtəsində olub.

Şərhlər