Moskva və Ankara yanvarın ortasında Astanada keçirilməsi nəzərdə tutulan Suriya üzrə mümkün danışıqlarla bağlı daim əlaqə saxlayırlar.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
“Həqiqətən, türk həmkarlarımızla Astanada planlaşdırılan dialoqun mümkün formaları ilə bağlı daimi əlaqə saxlayırıq. Bütün bunlar Suriyada böhranının nizamlanması üçün edilir” – Peskov belə deyilir.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev Suriya ilə bağlı tərəfləri Astanada qəbul etməyə hazır olduğunu bildirmişdi.

Şərhlər