AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netenyahu Britaniyalı həmkarı Tereza Meylə görüşməkdən imtina edib. Səbəb, rəsmi Londonun BMT TŞ-n İsrail barədə məlum qətnaməsinin lehinə səs verməsi olub. Xəbəri «The Guardian» nəşri yayıb.
Görüşün Davosda Ümumdünya iqtisadi forumunda keçirilməsi planlaşdırılırdı. Ancaq İsrail nazirlər kabinetinin növbəti iclasında Netenyahu Meylə danışmaq niyyətində olmadığını elan edib.
Birləşmiş krallığın səfirliyi artıq İsrail Baş nazirinin bu qəranına reaksiya verib. Səfirin müavini Toni Keyin sözlərinə görə, Britaniya tərəfi «təəssüf hissi keçirir».
Fələstin torpaqlarında İsrailin yəhudilər üçün yaşayış məskənləri tikməsini qadağan edən məlum qətnamənin lehinə demək olar, yekdilliklə səs verilib - sənədi ABŞ-dan başqa bütün ölkələr dəstəkləyib. Gözlənilirdi ki, həmişə olduğu kimi, bu dəfə də Vaşinqton veto hüququndan istifadə edəcək, ancaq bu, baş vermədi - ABŞ bitərəf qaldı.
Qətnamənin lehinə səs verən ölkələr arasında Rusiya da var.

Şərhlər