Menu

Bir gündə 3 nəfər dəm qazından boğularaq ölüb

29.12.2016, 12:31
Bir gündə 3 nəfər dəm qazından boğularaq ölüb

Azərbaycanda dəm qazı daha 3 nəfərin həyatına son qoyub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 27-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Pərvanə Xəlilova, Maştağa qəsəbəsində yaşayan Xamoş Əliyeva evlərində, Mingəçevir şəhər sakini Yeganə Quliyeva isə paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüblər.

Hər üç faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol