Menu

Azərbaycanın Cənub bölgəsində zəlzələ olub

29.12.2016, 17:47
Azərbaycanın Cənub bölgəsində zəlzələ olub

Lerik rayonunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 17:01:51-də Lənkarandan 16 km qərbdə Lerik rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 4, dərinliyi 13 km zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol