Menu

Bakıda evə basqın - Ahıl kişinin boğazına ip keçirib pulunu apardılar

29.12.2016, 17:56
Bakıda evə basqın - Ahıl kişinin boğazına ip keçirib pulunu apardılar

Bakıda quldurlar ev sahibinin boğazına ip keçirərək onun pul və silahlarını aparıblar.

"Report"un xəbərinə görə hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Dədə Qorqud qəsəbəsində yeni tikilidə yaşayan 1945-ci il təvəllüdlü Həsənov Hafiz Baladadaş oğlu iki nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Belə ki, iki nəfər evin pəncərəsindən içəri daxil olaraq H.Həsənovun başına yorğan atıb, boğazına ip keçirərək hədə-qorxu gəliblər. Naməlum şəxslər çarpayının altındakı 1 400 manat pulu, müvafiq sənədləri olan "Toz-12" və "Toz-16" markalı ov tüfəngini götürüblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol