Menu

Bakıda mənzildə 21 yaşlı qadın meyiti tapılıb

29.12.2016, 21:19
Bakıda mənzildə 21 yaşlı qadın meyiti tapılıb

Bakıda mənzildə qadın cəsədi tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1995-ci il təvəllüdlü Acalova Nərmin Faiq qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 18:49-da başa çatmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol