AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, yenicə yola saldığımız 2016-cı ilə daha bir saniyə əlavə olunub. Bu, astronomik və universal-koordinə olunmuş vaxtlar arasındakı fərqi kompensasiya etmək üçün lazım gəlib.
İlin sonuncu günü 24 saat və necə deyərlər, bir «viskons saniyə» davam edib. Bu saniyə o zaman əlavə olunur ki, astronomik və atom saatı ilə dəqiqləşdirilmiş beynəlxalq vaxt arasındakı fərq 0,9 saniyədən artıq olsun.
Bu disbalans ötən əsrdə qeydə alınıb. Xüsusi avadanlıqların meydana gəlməsindən sonra alimlər Yerdə bir sutkanın, ilin uzunluğunu və digər göstəriciləri dəqiq ölçə biliblər. Bu tədqiqatların ilkin nəticələrindən biri də planetin öz oxu ətrafında kifayət qədər qeyri-stabil fırlanmasının aşkara çıxması məsələsi olub. Başqa sözlə, o, öz oxu ətrafında bir dövrü müxtəlif xronoloji vaxt aralıqlarında başa vurur.
Bu uyğunsuzluğun aradan qaldırılması məqsədilə əlavə saniyə bir neçə ildə bir dəfə bir sutkanın üzərinə gəlinir. Amma bu, heç də həmişə fəsadsız ötüşmür. Məsələn, 1977-ci ildə bu prosedur QLONASS sistemini bir gün müddətinə sıradan çıxarıb.
2012-ci ildə internet-servislərin, o cümlədən, «İnstaqram»ın işində pozuntuların yaranması barədə xəbər verilib. 2015-ci ildə isə əlavə saniya Android bazasındakı mobil qurğuların saatlarının işini pozub.
«Viskons saniyə»ni ilə ilk dəfə 1972-ci ildə əlavə ediblər. O vaxtdan bəri bu proseduru 26 dəfə təkrar ediblər.


Şərhlər