Menu

İstanbulda məsciddə atışma baş verib, yaralananlar var

01.01.2017, 21:26

turkey_ambulance_150116Naməlum şəxs məsciddə tüfəngdən atəş açıb

Türkiyənin İstanbul şəhərindəki məscidlərdən birində atışma baş verib.

"Report" xəbər verir ki, bu barədə "Hurriyyet" məlumat yayıb.

Məlumata görə, naməlum şəxs məsciddə tüfəngdən atəş açıb. Nəticədə bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Bununla yanaşı, hücum edən şəxsin özünün də yaralandığı bildirilir.

Polis insidentin məişət zəminində baş verdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol