AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsrailin Baş Naziri Binyamin Netenyahu korrupsiyada şübhəli bilinərək, yaxın üç gün ərzində polis tərəfindən dinliriləcək. Xəbəri «Haarets» qəzeti yayıb.
İsrail telekanalları dəqiqləşdiriblər ki, dindirmə Baş nazirin iqamətgahında aparıla bilər.
Netenyahunu və ailə üzvlərini biznesmenlərdən yüz minələrə şekel dəyərində hədiyyə almaqda şübhəli bilirlər. Polis artıq həm İsraildəki, həm də xaricdəki şahidləri dindirib.
Xəbər verilir ki, onlardan biri - ifadələri istintaqın gedişinə təkan vermiş şəxs Baş nazirin köhnə dostu - iş adamı Ron Lauderdir. Qəzetin məlumatına görə, Lauder Netenyahuya müxtəlif hədiyyələr verib və onun oğlu Yairin xaricə səfərini maliyyələşdirib.
Mənbələrin xəbərinə görə, hüquq mühafizəçiləri güman edirlər ki, Netenyahunun dindirilməsi daha bir ciddi işin üzərinə işıq sala bilər. Ancaq ikinci işin detalları açıqlanmır.
Baş nazirin özü bütün ittihamları rədd edir. «Onlar heç nəyə nail ola bilməyəcəklər, çünki heç nə yoxdur»-deyə, Netenyahü bəyan edib.


Şərhlər