Menu

Dəməşqin 5 milyondan çox əhalisi içməli sudan məhrum olub

04.01.2017, 00:15
Dəməşqin 5 milyondan çox əhalisi içməli sudan məhrum olub

Buna şəhərə su ötürən Badi Bəradə rayonunda hərbi əməliyyatların qızışması səbəb olub

Ötən ilin 22 dekabrından Suriyanın paytaxtı Dəməşqin 5,5 milyondan çox sakini içməli sudan məhrum olub. Buna şəhərə suyun verildiyi Badi Bəradə rayonunda hərbi əməliyyatların qızışması səbəb olub.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin məlumatında bildirilir.

Qurum əməkdaşları, xüsusilə uşaqlar arasında yolxucu xəstəliklərin baş qaldıra biləcəyindən ehtiyatlanırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol