Menu

BAKIDA HƏBSXANADA YANĞIN - Məhkumlar təxliyə olundu (Yenilənib)

04.01.2017, 18:25

Yanqini-sondururler

Bakıda Daxili İşlər Nazirliyinin Xətai rayonu, N.Əliyev küçəsi 15 ünvanında yerləşən Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridxanasında baş vermiş yanğın söndürülüb.

"Report" xəbər verir ki, hadisəyə səbəb müəssisənin zirzəmi hissəsində olan elektrik qutusunda yaranan qısaqapanma olub.

***

Bakıda həbsxanada yanğın baş verib.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın Xətai rayonu ərazisində, Sabit Orucov küçəsində yerləşən yetkinlik yaşına çatmayan məhkumların saxlandığı müəssisədə baş verib.

Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.

Yanğının müəssisənin zirzəmi hissəsində baş verdiyi bildirilir. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

İlkin ehtimala görə, yanğın müəssisənin zirzəmi hissəsində olan elektrik naqillərində yaranan qısaqapanmadan baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol