Menu

İŞİD türk əsgərlərinə hücum etdi: 2 şəhid, 2 yaralı

05.01.2017, 09:28
İŞİD türk əsgərlərinə hücum etdi: 2 şəhid, 2 yaralı

Suriyanın şimalında İŞİD-in hücumu nəticəsində ağır yaralanan türk əsgəri şəhid olub.

APA-nın "Milliyet"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

Bundan əvvəl əl-Bab bölgəsində 1 türk əsgərinin şəhid, 3-ün isə yaralandığı bildirilirdi.

Yaralı əsgərlər Qaziantep xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol