Menu

Mərakeşdən Fətullah Gülən qərarı

07.01.2017, 11:32
Mərakeşdən Fətullah Gülən qərarı

Mərakeş Daxili İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən Gülən məktəblərinin bağlanılması ilə bağlı qərar qəbul edib.Axar.az xəbər verir ki, sözügedən məktəblər “Mərakeş təhsili və din sistemi prinsipləri ilə uyğunlaşmaması” səbəbindən bağlanacaq. Gülən məktəbləri 1 ay ərzində bağlanacaq və orada təhsil alan şagirdlər digər məktəblərə köçürüləcək.

Xatırladaq ki, ötən ilin avqustunda Mərakeşə səfər edən Türkiyə nümayəndə heyəti Gülən məktəblərinin fəaliyyəti ilə bağlı narahatlığını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol