Türkiyə Baş naziri Binəli Yıldırım Şimali İraq Kürd Regional rəhbəri Məsud Bərzani ilə birgə keçirdiyi mətbuat konfransında PKK, İŞİD və FETÖ ilə bağlı önəmli bəyanatlar səsləndirib. Axar.az xəbər verir ki,Yıldırım ŞİKR-lə bir sıra ortaq hədflərinin olduğunu bildirib.
"Ortaq hədəfimiz bu azğın İŞİD təşkilatını nəzarət altına almaq və aradan qaldırmaqdır, PKK-nın isə Şengen bölgəsinə yayılmasının qarşısını almaq əsas məqsədlərdən biridir", - Yıldırım qeyd edib.
Türkiyə baş naziri FETÖ məktəblərinin bağlanması məsələsində Bərzaninin verdiyi dəstəyə görə də təşəkkür edib.
Məsud Bərzani isə çıxışında bildirib: "Çox sevindirici haldır ki, bizim regionumuzda terrorçular məhvə doğru gedir. Türkiyə və hər yerdən terrorçuların getməsini istəyirik. Bütün sahələrdə əməkdaşlıq və münasibətimizin daha da inkişaf etməsini diləyirik".
Bundan sonra Türkiyə Baş naziri Binəli Yıldırım və Şimali İraq Kürd Regional rəhbəri Məsud Bərzani cəbhə bölgəsinə gedib. Axar.az xəbər verir ki, Yıldırım və Bərzani birgə İraqın Ərbil şəhərindəki Zərdik dağında İŞİD-ə qarşı mübarizə aparan peşmərgə qüvvələrini ziyarət edəcək.
Qeyd edək ki, Zərdik dağı İŞİD-lə daimi olaraq qarşıdurmaların yaşandığı bölgədir.


Şərhlər