Menu

İranın sabiq prezidenti vəfat edib 

08.01.2017, 20:57
İranın sabiq prezidenti vəfat edib 

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani 82 yaşında vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün bu gün xəstəxanaya yerləşdirilmişdi. Onun ürək çatışmamazlığından dünyasını dəyişdiyi bildirilir.

Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol