Menu

Bakıda silahlı insidentin iştirakçılarından 3-ü həbs olunub!

10.01.2017, 00:24
Bakıda silahlı insidentin iştirakçılarından 3-ü həbs olunub!

Yanvarın 8-i gecə saatlarında Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən "Nənəmin Təndiri" adlı iaşə obyektinin yaxınlığında baş verən silahlı insidentin iştirakçılarından 3-ü həbs olunub, digərlərinin saxlanması istiqamətində tədbirlər davam edir. Bu barədə "AzPolitika.info"ya polisdəki mənbələrdən məlumat daxil olub. Həbs olunanların kimliyini dəqiqləşdirmək cəhdlərimiz baş tutmayıb. 

Əksəriyyəti idmançılardan ibarət olan silahlı insidentin iştirakçılarının "nüfuzlu şəxslərin" yaxın ətrafı olduqları bildirilir.

***

Hadisə yerindən “Makarov” tipli tapançaya məxsus gilizlər aşkarlanıb

Bakıda silahlı insident olub.

"Report"un xəbərinə görə, hadisə ötən gecə Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən "Nənəmin Təndiri" kimi tanınan iaşə obyektinin yaxınlığında baş verib.

Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol