AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsrailin Britaniyadakı səfirliyinin əməkdaşı Şai Masot Britaniya xarici işlər naziri Boris Consonu «idiot» adlandırıb və onun müavinini «sıradan çıxarmağa» çağırıb.
Əməkdaşının bu hərəkətinə görə, İsrailin Britaniyadakı səfirliyi üzr istəyib. Masotun sözləri «Əl-Cəzirə» telekanalı tərəfindən qeydə alınıb və dərc olunub.
Britaniyalı məmur-xanım Mariya Stritsolo ilə söhbət zamanı Masot bu ölkənin xarici işlər naziri Boris Consonu «məsuliyyətsiz idiot» adlandırıb. Bundan başqa o, Fələstin torpaqlarında yəhudilər üçün yaşayış məskənlərinin tikintisini tənqid etdiyinə görə, nazirin müavini ser Alan Dunkanı «sradan çıxarmağı» təklif edib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası dekabrın 23-də səs çoxluğu ilə bir qətnamə qəbul edib. Sənəd İsrailin işğal olunmuş Fələstin torpaqlarında yəhudi yaşayış məskənləri tikintisini qadağan edib.


Şərhlər