Menu

Azərbaycan klubu albaniyalı legioneri ilə yollarını ayırıb

09.01.2017, 19:54
Azərbaycan klubu albaniyalı legioneri ilə yollarını ayırıb

“Zirə” klubu qış fasiləsində daha bir futbolçu ilə yollarını ayırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yayda heyətə cəlb olunan Gerhard Proqni karyerasını başqa klubda davam etdirəcək.

Albaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Gerhard Proqnı ötən yay "Zirə" ilə 2 illik anlaşmaya imza atmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol