Menu

Trampın kürəkəni administrasiyada müşavir vəzifəsini tutacaq

09.01.2017, 22:31

donald-tramp-1ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın kürəkəni Cared Kuşner yeni Vaşinqton administrasiyasında böyük müşavir vəzifəsini tutacaq.

APA-nın xəbərinə görə, bu barədə CNBC telekanalı məlumat verib.

Trampın özü bununla bağlı jurnalistlərin sualını cavablandırmayıb, yanvarın 11-də keçiriləcək mətbuat konfransını gözləməyi təklif edib.

Qeyd edək ki, sahibkar və milyonçu Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır. Yanvarın 10-da onun 36 yaşı tamam olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol