Menu

Ukrayna döyüşçüləri mühasirəyə düşdü – Ölənlər var

13.05.2014, 19:17
Ukrayna döyüşçüləri mühasirəyə düşdü – Ölənlər var

Ukraynanın Kramatorsk şəhəri yaxınlığında separatçılarla ordu qüvvələri arasında gərgin döyüşlər gedir.

“Axar.az” xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk Feysbuk səhifəsində yazıb.“Saat 13 radələrində Kramatorskun 20 kilometrliyində Ukrayna Silahlı Qüvvələrinin 95-ci aeromobil briqadasının bölmələri separatçıların mühasirəsinə düşüb. Məlumata görə, terrorçular döyüş sursatı aparan yük maşınını qumbaraatanla vurublar, bundan sonra döyüş başlayıb”, - deyə Tımçuk bildirib.

Tımçuk bildirib ki, Kramatorskdan avtobusla 30-40 döyüşçü köməyə gəlib. Helikopterlər vasitəsilə də mühasirədə olanlara desant göndərilib. Ukrayna hərbçiləri arasında ölən və yaralananların olduğu bildirilir. Separatçıların itkiləri barəsində məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol