Menu

Səngəçalda qaz kəmərində təmir-bərpa işləri başlayıb

11.01.2017, 11:15
Səngəçalda qaz kəmərində təmir-bərpa işləri başlayıb

Səngəçalda magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb.

Bu barədə SOCAR məlumat yayıb.

Qeyd edək ki, yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb.

Kəmərdə təmir-bərpa işlərinə başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol